"Hansı verilişin həyatda qalmasını istəyirsinizsə, ona baxın. Baxmasanız, veriliş ömrünü tapşıracaq. Allah eləməsin insan onu istəyənlərin gözündən düşsün. Burada kartları açıq şəkildə deyirəm. Verilişin ömrünü uzadan, qısaldan tamaşaçıdır".
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, tənqidlərə belə reaksiya verib:
"Hansı verilişi istəmirsinizsə, baxmayın. Biz də görəcəyik baxan yoxdur, bağlayacağıq. Əvvəl bilinmirdi kim hansı verilişə baxır? İndi amma müəyyən şirkətlər, sosial şəbəkələr bunu göstərir. Biz də çalışırıq verilişimiz vasitəsi ilə bilmədiyiniz nüanslarla tanış olasınız. Hərə bir dərs götürür. Mən də bu verilişdən dərs almışam".
Qeyd edək ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən", "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur", "Gəl danış", "Yaxşıya doğru", "Təsir dairəsi" kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.
Musavat.com