Aparıcı Elgiz Əkbər Elşən Orucovun verilişinə qatılmaqdan imtina edib.
Bu haqda Elgiz özü proqramında danışıb.
O bildirib ki, buna səbəb Elşənin verilişinin əyləncə xarakterli olması olub:
"İki dəfə məni çağırdı, gedə bilmədim. İlk dəfə çağıranda sosial veriliş aparırdım: ciddi mövzular, hüquq müstəvisində həll olunan problemlər. Onun verilişində isə artistlik etmək lazım idi. Dedim ki, verilişlərimizin motivləri düzgün gəlmir. Orada hansı zarafatdan söhbət gedə bilər? Bir müddət sonra şou-bizneslə bağlı proqram aparırdım. Afaq Bəşirqızı ilə çıxmalı idik, amma alınmadı. Afaq Bəşirqızı xəstələndi". (Axşam.az)