Ələsgər Məmmədli və Ruslan İzzətli barəsində QƏRAR verildi

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (APA)

***

“Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində təqdimata baxılır. (APA)

09.03.2024 18:58
3254