Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara son günlərdə bankları hədəf alan “fişinq” hücumları barədə xəbərdarlıq edir.
Kiberdələduzlar bu dəfə Azərbaycan Beynəlxalq Bankının (ABB) adından sui-istifadə edərək rəsmi olmayan, lakin real görünən saytlar yaratmaqla insanların diqqətini çəkməyə çalışırlar. Belə ki, ABB-nin rəsmi saytı ilə heç bir əlaqəsi olmayan veb-resursda vətəndaşlara saxta hədiyyə kampaniyası vəd olunur. Saxta kampaniyadan “qazanılan” məbləği əldə etmək üçün isə istifadəçidən bank və digər fərdi məlumatlar tələb olunur.
Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri “tələyə salmaq”la asan yolla maddi vəsait əldə etməkdir.
Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş olunur ki, aşağıdakı sadə kibertəhlükəsizlik qaydalarına əməl etsinlər:
Həmçinin bu kimi hallarla üzləşdikdə istifadəçilərdən www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.