Elektriklə işləyən təyyarə SATIŞA ÇIXARILIR - Pilot lisenziyası tələb olunmur

İyul ayında ABŞ-da pilot lisenziyası tələb olunmayan bir yerlik "Pivotal Helix eVTOL" təyyarələrinin tədarükünə başlanılacaq.

Musavat.com "Techeblog"a istinadən xəbər verir ki, elektriklə işləyən təyyarənin qiyməti 190 min dollardan başlayır.

Qeyd olunub ki, təyyarə üçün pilot lisenziyası tələb olunmur. Bununla belə, təyyarəni hava limanlarının və ya insanların sıx olduğu yerlərin yaxınlığında uçurmaq olmaz.

Məlumata görə, təyyarə 100 km/saat sürət yığır. Bir şarj ehtiyatı 32 km səyahət üçün kifayət edir.

Musavat.com

08.05.2024 14:53
1367