Elektrik enerjisi ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Musavat.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, sözügedən müddət bir ay müəyyən edilib.

Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

06.03.2024 22:54
17846