Ələkrəm Hümmətov öldü

Özünü qondarma Talış-Muğan Respublikasının "lideri" kimi təqdim edən, 1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan Ələkrəm Hümmətov ölüb.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə yazılıb.

Onun 2004-cü ildən yaşadığı Hollandiyada öldüyü bildirilir.

Qeyd edək ki, Ə.Hümmətov mühacirətdə olduğu müddətdə dəfələrlə Ermənistana səfər edərək, Azərbaycan əleyhinə çıxışlar etmişdi.

22.12.2022 13:55
2202