Elə etmə ki, səni ifşa edim: məclislərə gedib camaatın ərinə...

Müğənni Səidə Sultan qalmaqallı açıqlama verib.

Bu barədə o, “Günaydın Azərbaycan” verilişində danışıb.

Səidə ad çəkmədən bir ifaçıya ismarış göndərib:

“Mən ifritə deyiləmn. Siçovullara nifrət edirəm, onlara normal qız kimi baxmıram. Ailə dağıtmaq yaxşı bir şey deyil. Kiminsə nikahlı ərinə göz dikmək olmaz. Bizim sahədə yeni oxuyanlar var. Məclislərə gedib camaatın ərinə göz dikirlər, onların sayəsində də gəlib buralarda oxuyurlar. Elə bilirlər, öz kölgələridir. Buradan ismarış göndərirəm.

Elə etmə ki, səni Azərbaycanda ifşa edim. Boykot edərəm səni. Ad çəkmək istəmirəm. Özü bilir kimə deyirəm, bir də haqqımda artıq-əskik danışma. Özünü mənimlə tay tutma. Səni oxuyansan. “Sexofka” müğənnisən, ona görə özünü mənlə bir tərəzidə görmə. Sən hara, mən hara. Onu çox pis qaralaya bilərəm. Ona görə yerini bil”.

Qeyd edək ki, müğənni Vəfa Şərifova “Tarixin bir günü” verilişində Səidənin bayağı mahnılara və ifaçı Nəfəsə irad bildirməsi haqda danışmışdı. Vəfa qeyd etmişdi ki, onun üçün digər aparıcı və musiqiçilərin fikirləri ikinci plandadır. Bundan əlavə, Vəfa Şərifova vurğulamışdı ki, onlar haqqında danışanların öz işləri, uğurlu layihələri yoxdur. (olay)

15.01.2024 20:30
2064