Eldəniz oğluna "palatka" toyu edəcək

Müğənni Eldəniz Məmmədov oğlu Kamranın toy istəyindən danışıb.

Sənətçi bu haqda "İncə səhər" verilişində söz açıb. O bildirib ki, oğlu "palatka" toyu etmək istəyir:

"Oğlumun xüsusi istəyidir. Deyir, çadır toyu edəcəyəm. Oxuyan da cavan bir ifaçı var onu istəyir. Amma hələ oxuyur. Toy 4 il sonra olacaq".

Qeyd edək ki, sənətçinin oğlu Polşada təhsil alır.  (Axşam.az)

18.06.2025 14:23
821