"Avroviziya-2011" mahnı müsabiqəsində ifa etdiyimiz mahnıya yeni nəfəs verdik".
Oxu.Az xəbər verir ki, bu sözləri "DREAM FEST 2024" Beynəlxalq Musiqi Festivalında "Avroviziya-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov deyib.
O, 13 il sonra müsabiqədə onları qalib edən mahnıya yenilik gətirdiklərini qeyd edib:
"Biz festivalda aparıcılıq edirik. Mahnımıza sırf festival üçün yenilik gətirdik. Bu hər kəsə sürpriz olacaq. Xüsusi olaraq "DREAM FEST" üçün hazırladıq. Və çox yaxında bütün rəqəmsal platformalarda yayımlanacaq".