Elçindən boşanma xəbərlərindən sonra İLK PAYLAŞIM

Müğənni Elçin Cəfərov boşanma xəbərlərindən sonra ilk dəfə paylaşım edib.

Sənətçi bununla bağlı instaqramda yazıb.

“Haqqında haradasa danışırlarsa, üzülmə. Yaxşı insan olduğuna inanırsansa, Allah sənin haqqını müdafiə edən birini orada dilləndirəcək. Sən o adamı tanımasan belə”, - deyə Elçin bildirib.

Qeyd edək ki, Elçinin 14 fevralda Aydan Cəfərovadan boşanması barədə məlumat yayılıb.

Onu da xatırladaq ki, 7 ildir evli olan cütlüyün Can adlı oğlu var. (Sfera.az)

17.02.2024 13:07
2793