Əlcəzairli Fransanı QANA BOYADI: Ölən və yaralananlar var - VİDEO

Fransanın Müluz şəhərində bazarda bir neçə nəfər bıçaqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə TF1 televiziya kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum edən şəxs Əlcəzairdən olan miqrant olub. Belə ki, o, “Allahu Əkbər” deyərək bir neçə nəfərə hücum edib.

Hadisə zamanı azı bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

@@TVmusavat/108987@@

Musavat.com

22.02.2025 21:23
1109