Elcan Rəsulovun səhhəti ilə bağlı AÇIQLAMA: boğulma diaqnozu ilə...

Tanınmış aparıcı və aktyor Elcan Rəsulovun səhhəti ilə bağlı son durum məlum olub.

Bu barədə Lent.az-a onun köməkçisi Rauf Əlizadə məlumat verib.

Onun sözlərinə görə, aktyor mayın 13-də günorta saatlarında kəskin boğulma diaqnozu ilə Dövlət Gömrük Xəstəxanasına çatdırılıb:

“Ağır qripə yoluxub. Elə boğulma diaqnozu ilə xəstəxanaya çatdırıldı. Hazırda müalicəsi gedir. 3 gün sonra evə buraxılacaq”.

Rauf Əlizadə sosial mediada yayılan yanlış məlumatlarla bağlı xəbərdarlıq da edib:

“Yalan, yanlış məlumatlar yayırlar. Guya böyrəyi xəstədir, ya qaraciyəri partlayıb. Hamısı yalandır. Hələ bir sayt evə buraxıldığını yazıb. Yalandır. 3 gün sonra evə buraxılacaq. Ailəsi belə xəbərlərə narahat olur. Etməyin”.

14.05.2024 17:10
1652