Elbrus bölgəsində dörd alpinist itkin düşdü

Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasında dörd alpinistdən ibarət qrup yoxa çıxıb. Qrup qeydiyyatdan keçməyib. Xilasedicilər alpinistlərin axtarışlarına başlayıblar.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından məlumat verilib.

Bildirildiyinə görə, alpinistlər Elbrus rayonunda, Kurmıçi dərəsində, 3,5 min metr hündürlükdə yoxa çıxıblar. Onlar təyin olunmuş vaxtda əlaqə saxlamayıblar.

Hələlik baş verənlərlə bağlı ətraflı məlumat yoxdur.

Mənbə: Vesti.ru

20.08.2022 16:18
332