ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlu orada tez-tez toy məclislərinə dəvət aldığını deyib.
Axşam.az xəbər verir ki, Nyu-Yorkda yaşayan sənətçi bundan əvvəl restoran işlədirdi. Hazırda isə o, yalnız toy məclislərindən qazandığını vurğulayıb.
Kaliforniya ştatına uçan Elariz təyyarədə çəkdiyi videoda "Yaxşı ki, toylar var, bizi ora-bura dəvət edirlər. Yoxsa evdən bayıra çıxmarıq, bütün günü oturarıq evdə. Allaha şükür" sözlərini söyləyib.
Qeyd edək ki, Elariz bundan əvvəl Nyu-Yorkda "Baku nights" adlı restoran açdığını bildirib, oradan tez-tez paylaşımlar edirdi. Sənətçi hər gün orada çıxış etdiyini də vurğulayırdı. Son vaxtlar isə o, məkandan heç bir paylaşım etmir.