Uzun illərdir ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu sosial mediada gözlənilməz açıqlaması ilə diqqət çəkib.
Musavat.com bildirir ki, okeanın o tayında yaşayan müğənni bu dəfə sənətindən deyil, kimliyindən və məsuliyyət hissindən danışıb.
O, İnstaqramda etdiyi paylaşımda yazıb:
“Özümü nümunəvi aparıram ki, millətimin adına pis söz deyilməsin. Haqsız deyilən söz böhtandır”.
Bu sözlər izləyicilər arasında həm maraq, həm də suallar doğurub: Görəsən, sənətçini bu cür müdafiə mövqeyi tutmağa vadar edən nə olub? Onu belə emosional və açıq danışmağa sövq edən nədir?
Xatırladaq ki, Elariz Məmmədoğlu 2017-ci ildə həyat yoldaşının “Green Card” udması ilə ABŞ macərasına başlayıb. 2019-cu ildən etibarən isə ailəsi ilə birlikdə ABŞ-yə köçərək Nyu-Yorkda yeni həyat qurub. Hazırda o, şəhərin restoranlarının birində fəaliyyət göstərir, eyni zamanda Amerikadakı azərbaycanlılar üçün təşkil olunan tədbirlərdə aparıcılıq və ifaçılıqla məşğuldur.
Xalidə Gəray
Musavat.com