“Əl-Qəssam” Xan Yunusda 7 israilli əsgərin öldürüldüyü hücumun videosunu yaydı - ANBAAN...

Musavat.com xəbər verir ki, Fələstinin HƏMAS təşkilatına bağlı “Əl-Qəssam” briqadaları Qəzzanın Xan Yunus bölgəsində baş vermiş hücuma dair videogörüntülər yayıb.

Yayılan kadrlarda “Əl-Qəssam” döyüşçüsünün İsrail ordusuna məxsus BMP Namer tipli zirehli texnikaya yaxınlaşaraq onun üzərinə dırmaşdığı və içərisinə partlayıcı maddə atdığı aydın görünür.

Həmin hücum nəticəsində 7 israilli əsgərin həlak olduğu iddia olunur. Hadisə yerindən çəkilmiş görüntülər “Əl-Cəzirə” telekanalı vasitəsilə ictimaiyyətə təqdim edilib.

Hücumun Qəzzada davam edən döyüş əməliyyatları çərçivəsində həyata keçirildiyi bildirilir. HƏMAS bu hücumu İsrailin bölgədəki hərbi əməliyyatlarına cavab olaraq təqdim edir.

 

Musavat.com

26.06.2025 02:02
1184