"Əl-Nəsr" Ronaldonu qeydiyyatdan keçirdi

"Əl-Nəsr" yeni transferi Kriştiano Ronaldonu mövsüm üçün iştirak ərizəsinə daxil edib.

Qol.az jurnalist Rudi Qalettinin "Tvitter" hesabına istinadən xəbər verir ki, əcnəbi oyunçularla bağlı məhdudiyyət səbəbindən kamerunlu hücumçu Vensan Abubakar Səudiyyə Ərəbistanından icarə əsasında ayrılıb. Bu, portuqaliyalı oyunçuya qeydiyyatdan keçməyə imkan verib.

Ronaldo yanvarın 6-da keçirilən " Əl-Nəsr"in " Əl-Tay"la (2:0) matçında iştirak etməyib .

Bildirilib ki, 37 yaşlı futbolçu "Mançester Yunayted"i tərk etməmişdən əvvəl İngiltərə Futbol Assosiasiyasının ona verdiyi 2 oyunluq qadağaya görə oynamamış ola bilər .

Beləliklə, hücumçu mümkün debütə qədər yeni komandasının daha bir oyununu buraxacaq.

07.01.2023 13:45
373