Ekvadorlu diplomat Moskvada ölü tapıldı

Ekvadorun Rusiyadakı səfirliyinin səlahiyyətli naziri Xorxe-Patrisio Talasios-Porras ölü halda tapılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "SHOT" teleqram kanalı yayıb.

53 yaşlı Porrasın cəsədi Moskvanın mərkəzində mənzildə aşkar olunub.

Məlumata görə, oktyabrın 10-dan diplomatla əlaqə saxlamaq mümkün olmayıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Hazırda polis onun ölüm səbəblərini araşdırır.

12.10.2023 14:12
414