Ekvadorda həbsxanada qiyam: Çox sayda ölən var

Ekvadorun Quayaquil şəhərində yerləşən "El Litoral" həbsxanasında iğtişaş baş verib.

Musavat.com xəbər verir ki, nəticədə təxminən 10 məhbus həlak olub, təxminən 10-a yaxın məhbus isə yaralanıb. Həbsxana yaxınlığında yaşayan sakinlər partlayış və atışma səsləri eşidiblər. Hadisə ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Son illərdə Ekvadorda cinayətkarlığın səviyyəsi kəskin şəkildə artıb. 2023-cü ilin iyul ayında ölkə rəhbərliyi bir neçə həbsxanada eyni gündə baş verən qiyamlardan sonra bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib.

 

Musavat.com

13.11.2024 00:50
249