Ekspertlərdən ŞOK PROQNOZ - 2035-ci ilə qədər Çin ABŞ-ı...

Çin iqtisadiyyatı 2035-ci ilə qədər ABŞ-ı birinci yerdən sıxışdıraraq dünyanın ən böyük iqtisadiyyatına çevrilə bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Universitetinin Çin iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.

"Əgər Çin növbəti bir neçə il ərzində ÜDM artımını ildə təxminən 5% səviyyəsində saxlayarsa və ya ən azı 2035-ci ilə qədər 4%-dən yuxarı artım tempini qoruyarsa, o zaman Çinin 2035-ci ilə qədər ən böyük iqtisadiyyat kimi ABŞ-ı ötəcəyi gözlənilir", - hesabatda deyilir.

Hesabatı birgə hazırlayan Hindistan, Kanada, Çin, Rusiya və ABŞ-dan olan tədqiqatçılar Çinin iqtisadi artım tempinin ABŞ iqtisadiyyatından daha sürətli olduğunu qeyd ediblər.

Araşdırmada göstərilir ki, yuan möhkəmlənməyə davam edir və onun beynəlmiləlləşməsi artır.

"İnkişaf etməkdə olan ölkələr gələcəkdə qlobal iqtisadi artımın əsas mühərriki olacaq və onların sürətli artımı növbəti onillikdə qlobal ÜDM-i iki dəfə artıra bilər", - tədqiqat müəllifləri deyirlər.

Qeyd edək ki, 2023-cü ilin sonunda Çinin ÜDM-i 5,2% artıb, iqtisadi həcmi 126 trilyon yuanı (təxminən 17,7 trilyon dollar) ötüb. 2023-cü ildə ABŞ-ın ÜDM-i isə 2,5% artaraq 26,39 trilyon dollara çatıb.

Musavat.com

31.03.2024 19:43
1163