"Müvafiq ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir, bunun üçün mütəxəssislərimiz, təcrübəli, ixtisaslı ekspertlərimiz var".
Musavat.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, təyin olunmuş ekspertizların icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb.
Afaq Mirayiq,
Musavat.com