Əkrəm İmamoğludan kilsəyə edilən hücumla bağlı AÇIQLAMA

Bu gün səhər saatlarında İstanbulun Sarıyer məhəlləsindəki İtalyan Santa Maria Latın Katolik Kilsəsinə bazar günü ayini zamanı edilən hücumla bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu da açıqlama verib.

Musavat.com-un məlumatına görə, İmamoğlu, X-dən verdiyi açıqlamada, "Sarıyerdəki Santa Maria kilsəsində keçirilən bazar günü mərasiminə edilən silahlı hücumu qınayıram. Həyatını itirən C.T.-yə Allah rəhmət eləsin, yaralılara şəfa diləyirəm”, bildirib.

“Şəhərimizin dini məkanlarına hücum edərək birliyimizi, əmin-amanlığımızı pozmağa çalışanlara heç vaxt icazə verməyəcəyik”, İmamoğlu daha sonra əlavə edib.

Musavat.com

28.01.2024 19:16
1271