Küsülü olan müğənnilər Roza Zərgərli və Sevil-Sevinc Səfərovalar uzun zaman sonra eyni məkanda görüntüləniblər.
Onlar Tunar Rəhmanın oğlunun kiçik toy məclisində iştirak ediblər. Sənətçilər yan masalarda əyləşsələr də, bir-birlərini görməzdən gəliblər. Həmin anlar OLAY-ın kameralarına tuş gəlib.
Qeyd edək ki, Roza illər əvvəl əkizlərə prodüserlik edib, onların "S-Tvins" adlı qrupunu yaradıb. Bir müddət sonra Səfərovalar "Siz bizi çox sıxırsız" deyərək, iş birliklərini sonlandırıblar.
Zərgərli isə aralarındakı qalmaqalın səbəbini açıqlayarkən bunları söyləmişdi:
"Ticarət mərkəzlərindən birində onların etdiyi tərbiyəsizlikdən sonra aramızdakı soyuqluq başlayıb. Qızlar deyiblər ki, birinci biz oxumalıyıq, Roza kimdir? Onlarla kişi qızı kimi rəftar etdim. Onlara 50 min pul xərclədim, müqavilə bağlamadım. O pulu geri ödətdirdim, əcəb də etdim. Onlar mənim pulumla "O Ses Türkiye"yə gediblər. Əkizlərin kirayə pulunu verirdim, sürücülərinə maaş ödəyirdim, qardaşlarının bütün xərcini verirdim. Onların bütün mahnılarını alırdım".