Əkiz qardaşının boğazını kəsib öldürüb, sonra intihar edib- Təfərrüat

Dünən Xaçmaz rayonunda əkiz qardaşın öldüyü hadisənin bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nabran istirahət zonasının yaxınlığındakı Meşəli kəndində – dənizə yaxın ərazidə meyitləri tapılan 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərovlar rayonun Xudat qəsəbəsində tanınmış şəxslərdən olmuş Hacı Qəzənfərin qızının övladları olub.

Bir neçə il əvvəl Hacı Qəzənfər vəfat edib və Meşəlidəki həmin mülk onun qızının ailəsinə qalıb. Bundan sonra Kamran və Orxanın atası Mirzə də dünyasını dəyişib. Həmin mülkü isə Orxan və Kamran yay aylarında kirayə verərək pul qazanıblar. Lakin mülkün əsl sahibinin kim olması ilə bağlı əkiz qardaşlar arasında münaqişə baş verib.

Bildirilir ki, hadisə vaxtı ilk olaraq Orxan qardaşını bıçaqla vurub və onun boğazını kəsərək öldüyünə tam əmin olduqdan sonra özünə də xəsarətlər yetirərək intihar edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

08.07.2023 15:54
2276