Əkərək məscidi və Talın qalasında 37 ildən sonra İLK DƏFƏ GÖRƏCƏYİNİZ KADRLAR

Qərbi Azərbaycanda yerləşən Əkərək məscidi və Talın qalasında 37 ildən sonra ilk çəkiliş aparılıb.

Rövşən Məmmədov AzTV-də yayımlanan "Həftə" analitik-informasiya proqramında bu kadrlara keçid etmədən öncə bunları deyib:

"Bəli, gözlər yoldadır... Qərbi Azərbaycanlılar da doğma dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayır, insani hüquqlarının təmin olunmasını istəyirlər. Qarabağdan 30 il ayrı düşən, lakin bu gün doğma Qarabağa qovuşan soydaşlarımız kimi...

Təbii ki, Qərbi Azərbaycanlılar üçün də o gün gələcək, mütləq gələcək, İnşAllah. Hələliksə, Qərbi Azərbaycanlıları ekranlara bir qədər də yaxın əyləşməyə dəvət edirik. AzTV komandası olaraq bu illər ərzində çətinliklə də olsa Qərbi Azərbaycanımızdan, tarixi məkanlardan, məscid və qalalarımızdan kadrlar əldə edirik. Onların bəzilərini sizə təqdim etmişik. Missiyamız davam edir. Bu gün daha 2 məkandan kadrları sizə göstərəcəyik, əziz tamaşaçılar. Əkərək məscidi və Talın qalası"

 

31.03.2025 14:53
592