Ehtiyatda olan polkovnik vəfat edib - FOTO

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib.

Musavat.com-un “Report”a istinadən məlumatıına görə, o, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib.

E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidtmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.

06.12.2022 14:15
1764