Ehtiram Hüseynov işdən çıxdı

Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqlayıb.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib ki, Xankəndidə Qarabağ Universitetində çalışır:

"Burada incəsənət fakültəsində dərs deyirəm. Qərar verəndə ki, gedirəm Xankəndiyə hamı təəccübləndi. Soruşdular ki, bu qədər işin, Bakıda universitetdə dərs deyirsən, atırsan hamısını? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram".

Qeyd edək ki, E.Hüseynov Azərbaycan Milli Konservatoriyasında "Muğam" fakültəsində müəllim kimi çalışırdı.

23.10.2024 21:52
5826