"Düşünürdük ki, Ehtiramı həyata qaytara bilməyəcəyik. Amma indi yaxşıdır".
Bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib.
O, Əməkdar artist Ehtiram Hüseynovun xəstəliyindən danışıb.
Proqramda yer alan E.Hüseynov isə müalicə üsulunu açıqlayıb:
"Soyuq su vannası qəbul etmək lazımdır. Yəni buz vannasına... Bizim də Laçında dağlarda su buz kimidir. Şokterapiya deyilən bir şeydir, bədən yenilənir. Mən də Laçında bunu edirəm. Çox xeyirlidir. İndi evdə də vanna qəbul edəndə soyuq suyu açıram".
Qeyd edək ki, E.Hüseynov uzun müddətdir dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. (Axşam.az)