Müğənni Xuraman Şuşalı sosial media hesabında paylaşım edib.
İfaçı ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun anlaqsız olduğuna görə cəzadan azad edilməsinə münasibət bildirib.
"Beləcə, Əhmədlər çoxalacaq. Deyəcəklər ki, dəlixanada yatıb çıxacağıq" deyə, Xuraman paylaşımında yazıb.
Qeyd edək ki, Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Keçirilmiş ekpert rəyləri ilə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi təsdiq olunub. Əks halda cəzası ömürlük həbs idi.
Əhməd barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək. (Axşam.az)