Əhməd Əl-Şaraanın qəfil Türkiyə səfəri: Rəcəb Tayib Ərdoğanla görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriyanın prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

Musavat.com NTV telekanalına istinadən xəbər verir ki, görüş prezident Dolmabahçenin ofisində baş tutub.

Bildirilir ki, danışıqlarda ikitərəfli münasibətlər və terrorizmə qarşı birgə mübarizə məsələləri müzakirə olunub. İclasda təhlükəsizlik sektoru nazirləri iştirak ediblər.

Suriya prezidentinin Türkiyəyə səfəri barədə əvvəlcədən heç bir rəsmi açıqlama verilməmişdi.

Musavat.com

24.05.2025 16:20
591