Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a bildirilib ki, mayın 6-da dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Buna görə də yollardan istifadə edənlərə diqqətli olmaları üçün xəbərdarlıq edilir.