Əhaliyə XƏBƏRDARLIQ edildi - Dekabrın 28-i gecə...

Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.

Musavat.com xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.

Gülşad Məmmədova deyib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin yanında, hündür ağacların altında dayanmaq məsləhət görülmür. Külək zamanı əhalinin ehtiyatlı olması tövsiyə olunur.

28.12.2023 08:25
23600