Əhaliyə XƏBƏRDARLIQ - Bu gün saat 10.00-dan...

“Xırdalan” QPS-də “BMSK (Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan 17.10.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

17.10.2023 09:37
19019