Bazar ertəsi, sentyabrın 16-da səhər Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.
Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq:
"Günortadan 19:00-a kimi biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik".
Tişkovets əlavə edib ki, axşam saatlarında qasırğa səngiyib, mülayimləşəcək, o, sentyabrın 17-si Bakı vaxtı ilə saat 13:00-a qədər davam edəcək./Publika.az