ƏHALİYƏ ŞAD XƏBƏR: Bütün sosial ödənişlər BU TARİXDƏ veriləcək

İyulun 25-də bütün təqaüd və müavinətlər ödəniləcək.

Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

"DSMF tərəfindən iyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub", - məlumatda qeyd olunub.

18.07.2023 14:21
1050