Avqust ayının 2-də saat 14:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə Musavat.com-a “Azəriqaz” İB-dən məlumat verilib.
"Siz qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərinizi edə bilərsiniz" - məlumatda qeyd olunub.