Əhalinin 71 faizi Qazaxıstanda AES-in tikintisini dəstəkləyib

Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı layihənin lehinə səs verən ölkə vətəndaşlarının sayı 5 milyon 561 min 937 nəfər (71,12 %) təşkil edib.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Referendumda iştirak etmək hüququ olan vətəndaşların 63,66 %-i və ya 7 milyon 820 min 204 nəfər səsvermədə iştirak edib.

07.10.2024 13:21
170