Əhali Rostovdan belə qaçır - VİDEO

Yerli media xəbər verir ki, Rostov-na-Donudakı stansiyalar şəhəri tərk etmək istəyənlərlə dolub.

Qeyd olunur ki, şəhərətrafı dəmir yolu vağzalında böyük növbələr müşahidə olunur.

Rayon hökumətindən verilən məlumata görə, avtovağzal normal rejimdə işləyir.

Hökumətin mətbuat xidmətindən verilən məlumata əsasən, nəqliyyatın hərəkəti müvəqqəti bağlı olan istiqamətlərə bilet satışı dayandırılıb.

Xatırladaq ki, Rostov hazırda “Vaqner” muzdlularının nəzarəti altındadır. (Oxu.az)

24.06.2023 19:30
1804