Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-aprel aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 815,7 milyon manat xərclənib.
Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur.
Bu ilin 4 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,9%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.