“Əgər Qarabağ erməni torpağı deyildisə, niyə 5 min əsgəri qırğına verdiniz?”

“Paşinyan iqtidarı nə istədiyini bilirmi? Məsələn, onların 2021-ci il üçün proqramında Qarabağın “qurtuluşundan” bəhs edilir. Orada Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması yazılmayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdə olan Respublika partiyasının katibi, keçmiş deputat, revanşist Eduard Şarmazanov yazıb.

“Əgər Qarabağ onların dediyi kimi erməni torpağı deyildisə, niyə 5000 əsgəri qırğına verdilər? “Soyqırımın” (qondarma - red.) tanınmasından yazıblar, indi isə inkar edirlər. Artıq bəllidir ki, siz Türkiyənin əsarətində olan Ermənistanın düşmənlərisiniz”, - deyə Şarmazanov bildirib.

Musavat.com

05.06.2024 17:04
1840