Əfv olunan pakistanlı: "Qarabağ Azərbaycandır" - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində icra edilib.

Musavat.com xəbər verir ki, müəssisədə əfv olunan 6 nəfərdən biri Pakistan vətəndaşıdır.

Əhməd Kalinxan adlı pakistanlı azadlığına qovuşduğuna görə dövlət başçısı İlham Əliyevə təşəkkür edib.

Musavat.com onun çıxışını təqdim edir:

Şahanə Rəhimli
Musavat.com

26.05.2025 16:07
680