Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin sayı AÇIQLANDI

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda əfvlə bağlı 200-dən çox müraciətə baxılıb.

Bununla da iclaslarda baxılan məsələlərin sayı 800-ü ötüb.

Komissiyanın növbəti iclası isə fevralın 28-də keçiriləcək.

23.02.2023 18:39
482