Əfv Komissiyasının iclasları başladı

Bu gündən Prezident yanında əfv Komissiyasının iclasları başlayıb.

Musavat.com xəbər verir ki, bu gün komissiyanın üzvləri toplaşaraq müraciətlərə baxılması prosesinə start veriblər.

İclasların qarşıdakı iki ayda intensiv keçəcəyi və Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin Əfv sərəncamı imzalayacağı gözlənilir.

12.01.2023 14:14
489