Əfv Komissiyasının iclasında 100-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Komissiyanın növbəti iclası fevralın 14-də keçiriləcək.

Qeyd edək ki, komissiya son iclaslarında indiyə qədər 500-dən çox müraciətə baxıb.

07.02.2023 18:39
373