Əfv Komissiyasının iclası keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

İclas sabah baş tutacaq.

Qeyd edək ki, komissiyanın son iclası fevralın 12-də keçirilib.

İclasda 100-dən artıq müraciət müzakirə olunub.

Komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.//APA

26.02.2025 14:35
912