Əfsanəvi müğənni "Küçələrə su səpmişəm" oxudu - VİDEO


Xalq artisti Emin Ağalarov Özbəkistana yollanıb.

Musavat.com axşam.az-a istinadən bildirir ki, sənətçi Daşkənddə Özbəkistanın Xalq artisti, əfsanəvi müğənni Fərrux Zakirovla məkanların birində görüşüb.

Emin həmkarının dahi musiqiçi Rəşid Behbudovun repertuarından olan "Küçələrə su səpmişəm" xalq mahnısını ifa edərkən çəkilmiş görüntülərini sosial şəbəkədə paylaşıb.

18.10.2023 10:56
1353