Real Televiziyasının xüsusi müxbiri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov Disney Studiyasının 1974-2003-cü illərdə baş animator rəssamı olmuş, rejissor, prodüser, ssenari müəllifi Ted Stounzla eksklüziv müsahibə edib.
Musavat.com xəbər verir ki, müsahibədə onun animasiyaya gəlişi nümunəsində ötən əsrin 70-ci illərində Disney Studiyasının fəaliyyətindən, animasiya sənətinin sirlərindən, müasir Hollivudun tamaşaçı zövqünü formalaşdırmasından, dünyanı gəzmiş "Qara plaş" (orijinal adı – "Darwing Duck") serialından bəhs edilib.
Ted Stounz hazırda Kaliforniyada yaşayır. Bir zamanlar böyük maraqla qarşılanan "Qara plaş" serialının yaradıcısıdır, "Ördək əhvalatları", "Çip və Deyl’" animasiya seriallarının yaradıcılarından biridir. Stounz "Aladdin", "Kral şir" və digər əfsanəvi animasiya filmlərində çalışır.