Əfsanənin yasa dönən toyundan görüntülər- VİDEO

Astarada faciəli şəkildə həyatını itirən 17 yaşlı Əfsanə İmanovanın toyundan görüntülər yayılıb.

Videoda onun bəylə birgə şadlıq evinə daxil olması görünür.

Bildirilib ki, toy mərasimi oktyabrın 28-i Astaradakı şadlıq saraylarının birində keçirilib.

7 aylıq hamilə olan Əfsanə daha sonra özünü pis hiss edib. Gecə saatlarında xəstəxanaya çatdırılan Ə.İmanova oktyabrın 29-u saat 06 radələrində vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Əfsanədən əvvəl bətnindəki döl ölübmüş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

30.10.2025 11:05
854