Əfqanıstanda silahlı şəxslərin hücumu nəticəsində 14 nəfər həlak olub

Əfqanıstanın mərkəzindəki Daykundi əyalətində naməlum silahlı şəxslərin hücumu nəticəsində azı 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum gün ərzində Daykundi və Qor əyalətlərinin sərhədi yaxınlığındakı aşırımda baş verib.

Telekanalın məlumatına görə, hücum yerli sakinlər İraqın Kərbəla şəhərindən qayıdan zəvvarları qarşılamağa gedən zaman baş verib.

13.09.2024 03:41
273